«Neftçi» Kuarejmanı Türkiyədə sevdirdi

XƏBƏR 5 İyul 2010 / 12:19 2077
-  A +

İstanbulun «Beşiktaş» və Bakının «Neftçi» klubları arasında iki gün əvvəl keçirilmiş yoxlama oyunu Türkiyə mətbuatında hələ də müzakirə olunmaqdadır. Qol.Az-ın məlumatına görə, mətbuat xüsusilə diqqəti «Qara qartal»ın yeni transferlərinə yönəldib. Diqqət mərkəzindəki əsas futbolçu isə «Beşiktaş»ın İtaliya «İnter»indən transfer etdiyi portuqaliya Rikardo Kuarejmadır. «Beşiktaş»dakı süftəsini Azərbaycanın «Neftçi» komandasına qarşı edən Kuarejma ilk «11-lik»də meydana çıxdı və yüksək texnikasıyla yadda qaldı.
45 dəqiqə ərzində həm sol, həm də sağ cinahda oynayan Kuarejma qeyri-adi fintləriylə həm azakerşələri coşdurdu, həm də komandaya böyük fayda verəcəyini göstərdi» - deyə «Hürriyyət» qəzetinin yazısında bildirilir.
«Beşiktaş»ın futbolçusu İbrahim Üzülməz deyir ki, Kuarejma Allah vergisidir: «Onun böyük potensialı var».
Hakan Arıkan isə bildirir ki, Kuarejma Türkiyəyə gələn ən yüksək səviyyəli futbolçudur. Nihat Qəhvəçi deyir ki, ona Kuarejma ilə oynamaq zövq verir.

Daha çox


Son xəbərlər