Millimiz beynəlxalq turnirdə liderliyi ələ aldı

XƏBƏR 5 İyul 2010 / 11:50 1559
-  A +

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyada təşkil olunmuş turnirdə növbəti oyununu “Sudvest” komandasına qarşı keçirərək 1:0 hesabı ilə qalib gəlib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamızın qolunu 24-cü dəqiqədə Qurbanəli Əliyev vurub.
Qeyd edək ki, komandamız ilk oyununda Turingen əyalətinin yığma komandası ilə qarşılaşıb. Oyun 4:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.  Beləliklə,  AFFA ilə Almaniya Futbol İttifaqı arasında mövcud olan əməkdaşlıq müqaviləsi çərçivəsində turnirə başqa ölkədən  dəvət edilən yeganə komanda olan millimiz 22 komandanın mübarizə apardığı turnirdə liderdir.


Son xəbərlər