“Bakı”nın almanlarla oyununda dörd qol vuruldu

XƏBƏR 4 İyul 2010 / 23:36 2307
-  A +

Avroliqanın hazırlığını Almaniyada davam etdirən “Bakı” bu gün təlim-məşq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan komandasının rəqibi ikinci bundesliqa təmsilçisi “Koblents” klubu olub. Baş məşqçi Vinfred Şefer start heyətində aşağıdakı futbolçulara şans verib:
Marko Şarliya, Dare Nibombe, Mahmud Qurbanov (k), Ernad Skuliç, Adnan Bərəkət, Vyaçeslav Sofroni, Fabio Luis Ramim, Emin Cəfərquliyev, Aleksey Savinov, Henning Grieneisen, Jaba
Matça fəal başlayan “Bakı” artıq 7-ci dəqiqədə hesabı açıb. Jaba cərimə zərbəsini dəqiq yerinə yetirib. Bundan sonra da hücumlarını davam etdirən “Bakı”  bir neçə qol şansı yaxalasa da, növbəti qol 38-ci dəqiqədə meydan sahiblərindən gəlib. Beləcə komandalar ilk yarıda hərəyə 1 dəfə fərqləniblər.
İkinci yarıda üstünlük “Bakı” tərəfində olub. Bunun məntiqi nəticəsi kimi Fabio Luis Ramim yenidən “Bakı”nı hesabda önə keçirib. Lakin “Koblents” klubu növbəti dəfə status-kvonu bərpa etməyi bacarıb. Qalan dəqiqələr ərzində qol vurulmadığından gərgin idman mübarizəsi şəraitində keçən oyun 2:2 hesabı ilə başa çatıb.
İkinci yarıda Vadim Borets, Xalidu Sissoko, Bəxtiyar Soltanov, Rafael Əmirbəyov və Cəmşid Məhərrəmov oynamaq imkanı qazanıblar.
 “Bakı” klubu təlim-məşq prosesi çərçivəsində növbəti oyununu iyulun 6-da Lüksemburqda bu ölkənin çempionu “Jeunesse Esch” klubuna qarşı keçiriləcək. Oyun Bakı vaxtıyla saat 22:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord