Mahir Şükürov və «Anji» «Zenit»ə məğlub oldu

XƏBƏR 4 İyul 2010 / 22:56 1786
-  A +

Bu gün millimizin futbolçusu Mahir Şükürovun çıxış etdiyi «Anji» klubu Rusiya premyer liqasında növbəti oyununu keçirib. Qol.Az-ın  məlumatına görə, əvvəlki turlardan təxirə salınmış bu matçda Mahaçqala təmsilçisi Sankt-Peterburqda «Zenit»in qonağı olub. M.Şükürovun bu oyunda da əsas heyətdə yer alıb və 90 dəqiqə meydanda olub.
Matç 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. «Zenit»dən Bıstrov və Zıryanov, «Anji»dən isə Tahirbəyov fərqlənib.
Bu qələbədən sonra lider «Zenit» xallarını 27-yə yüksəldib. «Anji» isə 11 oyundan sonra 10 xalla 10-cu pillədə qərarlaşıb. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord