“Beşiktaş” - “Neftçi” matçının ən yaxşıları müəyyənləşdi

“Beşiktaş” - “Neftçi” matçının ən yaxşıları müəyyənləşdi
XƏBƏR 4 İyul 2010 / 15:32 3466
-  A +

Dünən Avstriyada Türkiyə “Beşiktaş”ı ilə “Neftçi” arasında keçirilən yoldaşlıq oyununun ən yaxşıları müəyyənləşib. Qol.Az-ın məlumatına görə, türkiyəli həmkarlarımız komandamızın ən yaxşısı kimi hesabı açan Ruslan Abışovu göstəriblərsə, öz komandalarının heyətində də hesabı bərabləşdirən Erkan Kaşı fərqləndiriblər. “Milliyət”in qiymətləndirməsində hər iki oyunçu 7 balla qiymətləndirilib ki, digər futbolçuların hamısı onlardan aşağı balla qiymətləndirilib.
Digər oyunçuların qiymətləri isə aşağıdakı kimidir:

BEŞİKTAŞ: Rüştü - 5 (Hakan, 46) – 5, Erkam - 4 (Erhan, 46) - 6,  İ.Toraman – 5 (Sivok, 46) - 6, Zapotocni - 5 (Ferrari, 46) - 5, İsmail - 5 (İ.Üzülmez, 46) - 5,  Ali - 5 (Hilbert, 46) - 6, Fink - 4 (Nihat, 46) -5, Uğur – 4, (Ernst, 46) -6, Tabata – 5 (Delgado, 46) - 6, Kuaresma – 6 (Erkan, 46) -7, Nobre – 4 (Bobo, 46) -6.
NEFTÇİ: P.Qribauskas – 6, R.Məlikov - 5, D.Silva - 6 (T.Nərimanov, 78) – qiymətsiz, S.Georgiyevski -5, T.Quliyev -5 (A.Abdullayev, 46) -5, E.Baxşiyev - 6, C.Hüseynov - 6, R.Abışov - 7, F.Quliyev – 6, R.Abdullayev – 5 (C.İmamverdiyev, 46) -5, A.Quluzadə - 5 (J.Karlos, 46) - 5.


Son xəbərlər