“Qarabağ” dünyanın ən yaxşı klubları siyahısında 7 pillə irəlilədi

XƏBƏR 4 İyul 2010 / 15:05 2335
-  A +

Beynəlxalq Futbol Tarixi və Statistika Federasiyası (BFTSF) dünyanın ən yaxşı klublarının növbəti siyahısını açıqlayıb. Qol.Az-ın məlumatına görə, siyahıda Azərbaycanın yeganə təmsilçisi “Qarabağ” 7 pillə irəliləməyə nail olub. Son bir ildə 350 ən yaxşı klub arasında yer alan Ağdam klubu ötən ay 296-cı olsa da, 7 pillə irəliləməklə hazırda Sinqapurun "Singapore Armed Forces", Makedoniyanın "Rabotniçki" və Kolumbiyanın "Atletiko Nasional" klubları ilə siyahıda 289-292-ci pillələri bölüşür. "Qarabağ"ın aktivində 70,5 xal var.
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Metallurq" (Makedoniya), həmçinin II təsnifat mərhələsindəki potensial rəqibləri - "Portadaun" (Şimali İrlandiya) və "Skonto" (Latviya), "Xəzər Lənkəran"ın rəqibi "Olimpiya" (Moldova) və "Bakı"nın rəqibi "Budnçost" (Çernoqoriya) siyahıya düşə bilməyib. "Xəzər Lənkəran"ın "Olimpiya" səddini keçəcəyi halda qarşılaşacağı Buxarest "Dinamo"su (Rumıniya) 116-cı, "İnter"in Çempionlar Liqasındakı rəqibi "Lex" (Polşa) 295-ci yeri tutub.
Siyahıda ilk iki pilləni 297 xalı olan "Barselona" və "İnter" tutur. "Bavariya" 4-cü pillədən 3-cü yerə yüksəlib. Vaqif Cavadovun çıxış etdiyi "Tvente" 1 pillə irəliləyib və 36-cı olub.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı