Vyaçeslav Sofroni: "Bakı" mütləq Avropa Liqasının qrup mərhələsinə düşməlidir"

Vyaçeslav Sofroni: "Bakı" mütləq Avropa Liqasının qrup mərhələsinə düşməlidir"
ÖLKƏ FUTBOLU 4 İyul 2010 / 14:42 2489
-  A +

Hazırda Almaniyada təlim-məşq toplanışında olan «Bakı»nın hücumçusu Vyaçeslav Sofroni Moldova mətbuatına müsahibə verib.

- Biz buna qədər Bakıda bir həftə məşq keçdik. Almaniyaya isə təlim-məşq toplanışının ikinci mərhələsinə gəlmişik. İndi əsas məqsəd fiziki hazırlığımızı yüksəltmək və heyəti komplekləşdirməkdir. Əlbəttə, əsas məqsədimiz Avropa Liqasına yaxşı hazırlaşmaqdır. Bizdə yeni oyunçular var. Gərək yaxşı kollektiv yaradaq.
- «Bakı»ya yeni baş məşqçi təyin edilib. Vinfred Şefferə uyğunlaşa bilmisiniz?
- Bizdə təkcə əsas çalışdırıcı eyil, bütün məşqçi heyəti dəyişib. Onların hamısı Avropanın aparıcı klublarında və milli komandalar səviyyəsində işləyiblər. Yaxşı mütəxəssislərdir. Bu mənada, dəyişikliklərə uyğunlaşmaq çətin olmadı.
- Məşq prosesi əvvəlkilərdən çox fərqlənir?
- Fərq ondadır ki, biz indi üç məşqçiylə işləyirik. Bunlar fitnes, fiziki hazırlıq üzrə məşqçi və əsas çalışdırıcıdır.
- Rəqabətə necə tab gətirə bilirsən? Yəqin ki, komandada baxışda olan yeni futbolçular çoxdur?
- Bəli, bizdə indi çox futbolçu var və hələ bilinmir, daha neçə yeni futbolçu gələcək. Hər məşqdə ciddi rəqabət olur. Rəqabətin yüksək olması futbolçuların təcrübəsinin də artmasına gətirib çıxarır.
- Rəhbərlik yeni mövsüm üçün hədəflərini müəyyənləşdirib?
- Hətta hədəflər müəyyənləşməyibsə belə, mən bilirəm ki, «Bakı»nın məqsədi həmişə yüksək nailiyyətlər qazanmaq olub. Biz mütləq Avropa Liqasının qrup mərhələsinə düşməliyik. Daxili yarışlarda isə məqsəd çempionluğu və kuboku qazanmaqdır.
- Avropa Liqasında sizin rəqibiniz Çernoqoriyanın "Buduçnost" klubu olacaq...
- Hələlik bu oyun haqda nəsə demək çətindir. Biz Bakıda keçiriləcək ilk oyuna ciddi hazırlaşırıq. Mütləq qol vurmalı və öz qapımızdan top buraxmamalıyıq.
- Rəqib haqda məlumatınız var?
- Əgər bu komanda haqda az bilgi varsa, o demək deyil ki, onu qiymətləndirməməlisən. Balkan ölkələrində həmişə dinamik və yüksək səviyyəli futbolçular olub.
- Bəs, Moldova klublarının oyunlarını izləyəcəksən?
- Əlbəttə. Mən onlara azarkeşlik edəcəyəm. Komandalarımızın Çempionlar Liqasında və Avropa Liqasında mümkün qədər çox mərhələ keçməsini arzulayıram.
- «Olimpiya»nın səfərdə «Xəzər Lənkəran»a qalib gəlmək şansı nə qədərdir?
- Mən ümid edirəm ki, «Olimpiya» «Xəzər Lənkəran» səddini keçəcək. Amma hər şey futbolçulardan asılıdır. İnanıram ki, onlar yaxşı, maraqlı və keyfiyyətli oyun nümayiş etdirəcəklər.

Mənbə: sports.md

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı