“Bakı” bu gün növbəti sınaq matçını keçirəcək

XƏBƏR 4 İyul 2010 / 13:01 1771
-  A +

Növbəti mövsümə və Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Buduçnost” (Çernoqoriya) klubuyla oyununa hazırlıqlarını Almaniyada davam etdirən “Bakı” bu gün növbəti yoxlama oyununu keçirəcək. Qol.Az-ın məlumatına görə, ilk sınaq matçında yerli “SG-BOB” klubuna 17:0 hesabı ilə qalib gələn “zolaqlılar” bu dəfə “Koblents”lə qarşılaşacaq. Qeyd edək ki, eyniadlı şəhərdə baş tutacaq bu görüşdən əlavə, Vinfred Şeferin komandası  iyulun 6-da Lüksemburqun “Jeunesse Esch”, ayın 8-də isə Bundesliqa təmsilçisi “Köln”lə görüşəcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı