Arif Əsədov: "Futbolçulara dedim ki, ulduz oyunçulardan çəkinməyin"

Arif Əsədov: "Futbolçulara dedim ki, ulduz oyunçulardan çəkinməyin"
ÖLKƏ FUTBOLU 4 İyul 2010 / 00:53 2617
-  A +

"Beşiktaş"la oyundan sonra "Neftçi"nin baş məşqçisi Arif Əsədov fikirlərini bildirib: "Komandamız Avstriyaya dünən gecə saatlarında çatdığından, uyğunlaşma prosesi tam həyata keçməmişdi. Bununla belə, oyundan öncə futbolçularla söhbətimdə bildirdim ki, rəqibin ulduz oyunçularından çəkinməsinlər. Uşaqlardan razıyam, onlar mənim tapşırıqlarımı düzgün yerinə yetirdilər. "Beşiktaş"la görüşün start heyətində 8 yerli futbolçuya şans vermişdim. Yəni biz 8+3 legioner limitindən deyil, 3+8-dən istifadə etdik (gülümsəyir). Adlı-sanlı rəqiblə oyunda bir daha göstərdik ki, "Neftçi" gənc və perspektivli futbolçulara malikdir. Son dəqiqələrdə müdafiəçi Denis Silvanın zədələnməsindən sonra qapımızda qol gördük. Həkimlərimizin məlumatına görə, zədə elə də ciddi deyil, amma buna sabah tam aydınlıq gələcək. Yeri gəlmişkən, qarşılaşmadan sonra rəqib komandanın baş məşqçisi Bernd Şuster gözəl oyuna görə məni təbrik etdi. Sabahdan çalışmaları davam etdirərək, boşluqları aradan qaldırmağa çalışacağıq".

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki