Bernd Şuster: "Azərbaycanlı futbolçular yaxşı təsir bağışladılar"

XƏBƏR 4 İyul 2010 / 00:43 2169
-  A +

1:1 hesabı ilə başa çatan "Neftçi" – "Beşiktaş" qarşılaşmasından sonra rəqib komandanın baş məşqçisi Bernd Şuster jurnalistlərlə söhbətində "Neftçi"nin oyununu bəyəndiyini bildirib: "Azərbaycanlı futbolçular yaxşı təsir bağışladılar. Ümumiyyətlə, rəqib topu özündə daha çox saxlamağı bacardı. Bu, "Beşiktaş"ın mövsümlərarası fasilədə ilk yoldaşlıq görüşü idi. Gələcək oyunlarda daha baxımlı oyun göstərib, qənaətbəxş nəticələr qazanacağıq. Əsas məqsədimiz həm Superliqa oyunlarına, həm də Avropa miqyaslı turnirə yüksək səviyyədə hazırlaşmaqdır".

Mənbə: "Neftçi"nin rəsmi saytı


Son xəbərlər