Maradona: «Elə bil Məhəmməd Əli gözəl zərbə endirib və mən də nokauta düşmüşəm»

DÇ-2010 3 İyul 2010 / 23:20 2640
-  A +

Argentina millisinin baş məşqçisi Dieqo Maradona bu gün dünya çempionatının 1/4 finalında Almaniya 0:4 hesablı məğlubiyyətə baxmayaraq, komandasının futbolçuları ilə fəxr etdiyini bəyan edib. Qol.Az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında Maradona argentinalı futbolçuların Almaniya da oyun daxil olmaqla mundialın bütün matçlarında bütün güclərini ortaya qoyduqlarını bildirib: «Bu gün Almaniya topa daxa yaxşı nəzarət etdi və müasir futbol nümayiş etdirdi. Bizim futbolçular isə fərdi ustalıqlarına bel bağlayırdı. Mən bu gün özümü çox məyus hiss edirəm. Elə bil Məhəmməd Əli gözəl zərbə endirib və mən də nokauta düşmüşəm. Bu məğlubiyyətə baxmayaraq, bizim vətənin şərəfini qoruyan 23 futbolçunun hamısıyla fəxr edirəm».


Son xəbərlər