Yoahim Löv: «Biz Messini zərərsizləşdirə bildik»

Yoahim Löv: «Biz Messini zərərsizləşdirə bildik»
DÇ-2010 3 İyul 2010 / 22:05 2477
-  A +

Almaniya millisinin baş məşqçisi Yoahim Löv komandasının bu gün mundialın 1/4 finalında Argentinanı 4:0 hesablı qələbə qazandığı matçda futbolçularının oyunundan yaxşı mənada təccübləndiyini bildirib. Qol.Az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında o, komandasının son oyunlar qələbə üçün sonadək mübarizə aparmasını və komandadakı birliyi xüsusi qeyd edib. "Mən komandamın həm Argentina, həm də mundialda sərgələdiyi oyundan çox məmnunam. Bu gün biz dalbadal ikinci yüksək səviyyəli oyunumuzu nümayiş etdirdik. Almaniya dünya çempionluğunu dördüncü dəfə qazanmaqda iddialıdır. Bugünkü qarşılaşmaya gəlincə, mən hesabın belə böyük olacağını təsəvvürümə gətirə bilməzdim. Vurduğumuz hər dörd qol çətin oldu. Düşünürəm ki, bu gün heç kim Almaniyanın rahatlıqla qələbə qazandığını deyə bilməz. Müdafiəçilərimiz bir kobud səhvə belə yol vermədilər. Onlar Messini tam zərərsizləşdirə bildilər. Nəticədə bu futbolçu topu rahatlıqla qəbul və driplinqlər edə bilmədi» - deyə Löv qeyd edib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı