Luis Suares: "Bu, Tanrının əli idi"

DÇ-2010 3 İyul 2010 / 14:56 2678
-  A +

«Mənim bu vəziyyətdə topa əlimlə çıxarmaqdan başqa çıxış yolum qalmamışdı». Qol.Az-ın «Reuters»ə istinadən verdiyi məlumata görə, bu sözləri Uruqvay millisinin hücumçusu Luis Suares dünən Qana komandasına qarşı keçirilmiş 1/4  final mərhələsinin oyunu ilə bağlı fikirlərini bildirərkən söyləyib.
Xatırladaq ki, oyunun 120-ci dəqiqəsində Suares topu əliylə qapıdan çıxarıb və Uruqvayın qapısına penalti təyin edilib. Lakin qanalı Qyan bu yüzfaizli qol imkanından istifadə edə bilməyb. Penaltilər seriyasında isə Uruqvay 4:2 şesabı ilə qələbə qanazaraq yarımfinala vəsiqə əldə edib.
«Məni meydandan qovulmağım doğru addım idi. Biz uduza da bilərdik, amma indi mənə məxsus olan Tanrının əli komandamızı məğlubiyyətdən xilas etdi. Oyundan sonra məşqçilər və futbolçularımız dedi ki, qələbə əsasən sənin bu addımına görə əldə edildi» - deyə Suares bildirib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı