Asamoa Qyan: «Suares ölkəsinin qəhrəmanıdır»

DÇ-2010 3 İyul 2010 / 13:49 2606
-  A +

Qana millisinin hücumçusu Asamoa Qyan dünən Uruqvaya qarşı keçirilən matçdakı məğlubiyyəti bəxtsizliklə əlaqələndirib.
Qol.Az-ın məlumatına görə, Qana Uruqvaya penaltilər seriyasında 2:4 hesabı ilə məğlub olub. Matçın əlavə vaxtının son saniyələrində Qyanın vurduğu penalti zərbəsi qapı tirinə dəyib.
"Mən penaltini vura bilmədikdən dərhal sonra özümə gəldim. Ona görə də penaltilər seriyasında ilk zərbəni özüm vurdum. Həmin məqama qədər artıq əsəblərim soyumuşdu. Təəssüf ki, penaltilər seriyasında bəxtimiz gətirmədi».
Qyan oyunun 120-ci dəqiqəsində topu boş qapıdan əliylə çıxaran uruqvaylı Luis Suares haqda da danışıb: «Suares ölkəsinin qəhrəmanıdır».


Son xəbərlər