"Neftçi" "Beşiktaş"a uduzmadı (YENİLƏNİB)

"Neftçi" "Beşiktaş"a uduzmadı (YENİLƏNİB)
ÖLKƏ FUTBOLU 3 İyul 2010 / 22:51 9258
-  A +

Avstriyanın Tirol əyalətinə təlim-məşq toplanışı keçmək üçün yollanan "Neftçi" ilk yoxlama görüşünü Türkiyə nəhəngi "Beşiktaş"a qarşı keçirib. Qol.Az-ın məlumatına görə, oyunda hesabı 24-cü dəqiqədə "Neftçi" açıb. Cərimə zərbəsindən ötürülən topu iki futbolçumuz ayaqları arasından buraxdıqdan sonra Ruslan Abışov dəqiq zərbəylə topu Rüştünün qoruduğu qapıdan keçirib. "Beşiktaş" yalnız son dəqiqələrdə Erkan Kaşın qolu sayəsində məğlubiyyətdən yaxa qurtarıb.

21.00. "Beşiktaş" - "Neftçi" - 1:1

Qollar: Erkan Kaş (83): Ruslan Abışov (24)

Daha çox


Son xəbərlər