Hollandiya və Uruqvay yarımfinalda!

Hollandiya və Uruqvay yarımfinalda!
DÇ-2010 3 İyul 2010 / 02:16 3654
-  A +

Bu gün Cənubi Afrika Respublikasında təşkil olunan futbol üzrə 19-cu dünya çempionatında 1/4 final mərhələsinə start verilib. Qol.Az-ın məlumatına görə, mundialda daha bir sensasiya baş verib. Günün ilk qarşılaşması beşqat dünya çempionu Braziliya və Hollandiya arasında keçirilib. Bu matçla həm də Avropa - Cənubi Amerika duellərinə start verilib. Məsələ burasındadır ki, ən güclü 8 yığma arasında 1/4 finalın 3 cütündə məhz Avropa və Cənubi Amerika təmsilçiləri üz-üzə gəlir. Braziliya - Hollandiya oyununa gəlincə, beşqat dünya çempionu əvvəlcə hesabı açsa da, sonradan iki qol buraxaraq mundialdan kənarlaşıb. Hollandlar isə adlarını yarımfinal mərhələsinə yazdırıblar.

Günün digər görüşündə isə yeganə Afrika təmsilçisi Qana Uruqvayla münasibətlərinə aydınlıq gətirib.

1/4 final
2 iyul

23:30. Uruqvay - Qana - 1:1 (4:2, Penaltilər seriyasında)

Yohannesburq. Sokker Siti stadionu.
Baş hakim: Oleqario Benkerensa (Portuqaliya)

Qollar: Forlan (55): Muntari (45+2)

120-ci dəqiqədə Qyanın (Qana) penaltidən vurduöu top qapı tirinə dəyir. 

 

19:00. Braziliya – Hollandiya - 1:2

Qollar: Robinyo, 10 - Melo, 53 (öz qapısına), Sneyder, 68.

73-cü dəqiqədə Braziliya azlıqda qaldı. Felipe Melo qırmızı vərəqə ilə cəzalandırılaraq, meydandan çıxarıldı.  

Port Elizabet. Nelson Mandela Bay stadionu
Baş hakim:
Yuiçi Nişimura (Yaponiya)
HOLLANDİYA: Stekelnburq, Van der Viel, Heytinqa, Matiysen, Van Bronkhorst (k), Van Bommel, Kuyt, De Yonq, Van Persi, Şneyder, Roben.
BRAZİLİYA: Julio Sezar, Maykon, Lusio (k), Juan, Felipe Melo, M.Bastos, G.Silva, Fabiano, Kaka, Robinyo, D.Alveş.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın