Petrjela yenidən Azərbaycanda işləyə bilər

Petrjela yenidən Azərbaycanda işləyə bilər
ÖLKƏ FUTBOLU 23 Yanvar 2009 / 10:41 2949
-  A +

«Neftçi» klubunun keçmiş baş məşqçisi Vlastimil Petrjela Azərbaycan klublarından birindən dəvət aldığını bildirib. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Petrjela Azərbaycanla yanaşı ona Bolqarıstanın MOİK, Rusiyanın «Alaniya» klublarından da dəvət gəldiyini deyib. Konkret Azərbaycanın hansı klubundan təklif alması barədə Petrjela açıqlama verməyib. O, hazırda aldığı təklifləri dəyərləndirdiyini söyləyib. «Mən qarşısına yüksək hədəflər qoyan komandada çalışmaq istəyirəm. Öz işimdən ötrü darıxmışam və tezliklə məşqçilik fəaliyyətinə başlamağı arzulayıram».
Petrjela səhhətiylə bağlı bütün problemlərin arxada qaldığını və özünü əla hiss etdiyini söyləyib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın