Mundialdakı uğursuzluq daha bir baş məşqçini istefa verməyə məcbur etdi

Mundialdakı uğursuzluq daha bir baş məşqçini istefa verməyə məcbur etdi
DÇ-2010 2 İyul 2010 / 14:55 2244
-  A +

Cənubi Afrika Respublikasında keçirilən 19-cu dünya çempionatında mübarizəni dayandıran daha bir yığma komandanın baş məşqçisi istefa vermək qərarına gəlib. Qol.Az-ın məlumatına görə, mundialın 1/8 final mərhələsinda Uruqvaya 1:2 hesabı ilə məğlub olan Cənubi Koreya millisinin çalışdırıcısı Xu Cun Mu tutduğu postu tərk edib. 55 yaşlı mütəxəssis istefasını yığmanın daha da inkişaf etməsinə böyük ehtiyac olmasıyla izah edib.
Qeyd edək ki, B qrupunda Argentina, Yunanıstan və Nigeriya ilə bir qrupda yer alan koreyalılar avropalılar üzərində qələbə qazanmaqla (2:0), afrikalılarla heç-heçə etməklə (2:2), cənubi amerikalılara isə 1:4 hesabıyla uduzmaqla növbəti mərhələyə çıxmağı bacarmışdı.


Son xəbərlər