Sabah “Beşiktaş”la qarşılaşacaq “Neftçi” artıq Avstriyadadır

Sabah “Beşiktaş”la qarşılaşacaq “Neftçi” artıq Avstriyadadır
XƏBƏR 2 İyul 2010 / 14:13 1506
-  A +

Növbəti mövsümə hazırlıqlarını davam etdirən "Neftçi"nin futbolçuları təlim-məşq toplanışı keçmək üçün dünən Avstriyanın paytaxtı Vyana şəhərinə yollanıb. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, komandanın digər üzvləri Motsartın vətəninə bu gün yola düşəcək. Flaqman orada ilk yoldaşlıq oyununu sabah Türkiyənin "Beşiktaş" klubuna qarşı keçirəcək. Qardaş ölkədə bu oyuna maraq böyükdür. Təsadüfi deyil ki, artıq neçə gündür görüş haqda Türkiyə mətbuatında yazılar dərc olunur. Üstəlik, D Spor və "Beşiktaş TV" telekanalları Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matçı canlı yayımlayacaq.

 

Daha çox


Son xəbərlər
18.10.18  23:00

UEFA-dan PSJ-yə cəza