Rəşad Sadıqov avrokuboklardakı yeni bombardirimizdi

XƏBƏR 2 İyul 2010 / 12:58 1810
-  A +

Millimizin və “Qarabağ”ın aparıcı oyunçusu Rəşad Sadıqov yeni Azərbaycan rekordu müəyyənləşdirib. Qol.Az-ın məlumatına görə, təcrübəli müdafiəçi qitəmiqyaslı klub turnirlərində 5-ci qolunu vurmaqla klublarımızın heyətində ən çox fərqlənən futbolçuya çevrilib.
Qeyd edək ki, Sadıqov bu hüquqa dünən keçirilən Makedoniya “Metallurq”u ilə oyunda hesabı açmaqla nail olub. O, bu oyunadək Badri Kvaratsxeliya və Feliks Felipe Almeyda kimi 4 qol vurmağa imkan tapmışdı. Lakin dünənki qarşılaşmanın birinci hissəsində təyin olunan penaltinin dəqiq yerinə yetirən millimizin kapitanı legionerləri arxada qoyub. Bütün qollarını bir mövsümdə və eyni komandada vuran Feliks (2009/10, “Bakı”) və Badridən (2000/01, “Şəmkir”) fərqli Rəşad buna fərqli mövsümlərdə nail olub. Belə ki, 2007/08 mövsümündə UEFA kuboku çərçivəsində Avstriya “Rid”i, 2008/09 mövsümündə isə İntertoto kuboku çərçivəsindəki Slovakiya “Nitra”sı ilə oyunlarda “Neftçi”nin qollarına imza atan müdafiəçi ötən yay “Qarabağ”ın heyətində Finlandiya “Honka”sı və Norveç “Rusenborq”unun qapısına yol tapmışdı. Makedoniyalıların qapısına vurulan qol isə “Qarabağ”ın heyətindəki 3-cü qol idi. Nəticədə o, həm də “Qarabağ”ın qitə kuboklarındakı ən məhsuldar futbolçusuna çevrilib.


Son xəbərlər