Cəmşid Məhərrəmov avroliqadakı ilk oyunadək tam hazır olacaqlarına inanır

Cəmşid Məhərrəmov avroliqadakı ilk oyunadək tam hazır olacaqlarına inanır
XƏBƏR 2 İyul 2010 / 11:55 1633
-  A +

İyulun 26-dan Almaniyanın Bitburq şəhərində təlim-məşq toplanışında olan “Bakı”nın hazırlıq prosesi yüksək səviyyədə keçir. Qol.Az-ın məlumatına görə, paytaxt komandasının futbolçuları da hazırlıq prosesinin gedişindən razıdırlar. Klubun rəsmi saytına açıqlama verən “Bakı”nın aparıcı üzvlərindən Cəmşid Məhərrəmovu dinləyək: “Məşqlərimiz yüksək əhval-ruhiyyədə keçir. Klub rəhbərliyinə təşəkkürümü bildirirəm ki, bizim üçün bu cür gözəl şərait yaradıblar. Komandamızda ab-hava çox gözəldir. Baş məşqçi Vinfrid Şeferin sisteminə uyğunlaşmağa çalışırıq. Hazırlıq prosesində heç bir anlaşılmazlıq, çətinlik yoxdur. Ağır məşqlər keçsək də, yorğunluq hiss etmirik. İyulun 15-də avroliqada ilk matçımıza çıxacağıq. Həmin görüşə komandamız tam hazır olacaq”.


Son xəbərlər