“Bakı”nın yeni transferi: “Avrokubok matçlarında meydanda canımızı qoymalıyıq”

“Bakı”nın yeni transferi: “Avrokubok matçlarında meydanda canımızı qoymalıyıq”
XƏBƏR 2 İyul 2010 / 11:45 2206
-  A +

“Bakı” futbol klubunun mövsümlərarası fasilədə heyətinə qatdığı oyunçulardan biri də Joel Epalledir. Qol.Az-ın məlumatına görə, Kamerun milli komandasının heyətində 2000-ci il Sidney Yay olimpiya oyunlarının qalibi olan Epalle komandamızı seçməsinin səbəbi, “Bakı” haqda ilkin təəssüratları və qarşısına qoyduğu məqsədlər barədə klubun rəsmi saytına açıqlama verib.
Təcrübəli futbolçu “Bakı”nı seçməyində baş məşqçi Vinfrid Şefer amilinin böyük rol oynadığını bildirib: “Vinfrid Şeferi çox yaxşı tanıyıram. Onunla birgə Kamerun millisində çalışmışıq. Şeferdən təklif gələrkən çox düşünmədim. Yenidən təcrübəli mütəxəsisslə çalışmaq mənim üçün çox xoşdur.
Eyni zamanda “Bakı” klubunun qarşısında duran məqsədlər də məni cəlb etdi. Komandam Avropada uğur qazanmaq istəyir. Bu yolda “Bakı”ya kömək etmək, komandamla birgə Avroliqada uğur qazanmaq istəyirəm. Həmçinin “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədova, keçidimin reallaşmasında rolu olan hər kəsə minnətdarlığımı bildirirəm. Tranfserimin baş tutmasında Hafiz bəyin böyük rolu oldu. Bu cür futbolu sevən, peşəkar insanlarla çalışmaq mənim üçün çox xoşdur. Mehriban kollektivimiz var. Məşqlərdə hamı tam gücüylə çalışır. Hər bir oyunçu başa düşür ki, komandanın qarşısına böyük hədəflər qoyulub. Bunun üçün hər birimiz tam səylə çalışmalı, avrokubok matçlarında canımızı meydanda qoymalıyıq”.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı