Vaqif Cavadov «Tvente»də yenə əsas heyətdə oynayıb iki qol vurdu

XƏBƏR 2 İyul 2010 / 03:31 2432
-  A +

Millimizin hücumçusu Vaqif Cavadovun çıxış etdiyi Hollandiyanın «Tvente» klubu dünən növbəti yoxlama oyununu keçirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Enshede təmsilçisinin rəqibi həvəskarlar liqasında çıxış edən “De Zeuv” olub. «Tvente»nin 11:2 hesablı qələbəsilə başa çatan oyunda ilk qolu matçın 9-cu dəqiqəsində Vaqif Cavadov vurub. 45-ci dəqiqədə isə Cavadov ikinci qoluna (komandasının isə altıncı qoluna) imza atıb. Matçın 75-ci dəqiqəsində futbolçumuz Kastrati ilə əvəz olunub.
Qeyd edək ki, buna qədər həmyerlimiz “Hengelo” (17:0) ilə matçda 2, “SC Enshede” (5:1) ilə qarşılaşmada isə 1 qol vurmuşdu.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı