Jikitsa Tasevski: “Qarabağ”ın bəxti onda gətirdi ki…”

Jikitsa Tasevski: “Qarabağ”ın bəxti onda gətirdi ki…”
ÖLKƏ FUTBOLU 1 İyul 2010 / 23:23 2988
-  A +

“İlk öncə, “Qarabağ”ı təbrik edirəm. Zənnimcə, bu günkü qarşılaşmada şanslarından maksimum yararlanan komanda qalib gəldi. Biz isə şanslarımızdan yararlana bilmədik. Penalti epizodunu nəzərə almasaq çox sadə qollar buraxdıq. Yəni rəqib hansısa güclü kombinasiyalar təşkil etməklə yox, bizim öz səhvlərimizdən yararlanaraq qollar vurdular. Düşünürəm ki, bugünkü nəticə meydandakı mübarizəni əks etdirmir”. Qol.Az-ın məlumatına görə, bu sözləri Makedoniya “Metallurq”unun baş məşqçisi Jikitsa Tasevski söyləyib.
Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşan və 1:4 hesablı məğlubiyyətlə barışan Makedoniya təmsilçisinin çalışdırıcısı oyundan sonra keçirilən mətbuat konfransında daha sonra bunları dilə gətirib: “Burda böyuk hesabla məğlub olsaq da, Skopyedə erkən qol vura bilsək, yenidən mübarizəyə qosula bilərik. Hər halda biz bu oyunu da analiz edib, lazımi nəticələr çıxaracağıq, öz səhvlərimizi və rəqibin zəif cəhətlərini araşdıracağıq. Dünən də demişdim, indi də deyirəm ki, “Qarabağ” bu cütün favoriti olsa da, biz sona qədər vuruşacağıq. Böyükhesablı məğlubiyyətimizə gəlincə, “Qarabağ”ın bəxti onda gətirdi ki, biz ilk dəqiqələrdə əldə etdiyimiz qol imkanlarından yararlana bilmədik”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord