Haciyevski “Simurq”da gəncləşdirmə siyasəti aparır

XƏBƏR 1 İyul 2010 / 18:54 1645
-  A +

Unibank Premyer Liqasının son mövsümünün uğursuzlarından olan “Simurq” heyətdəki islahatlarını davam etdirir. Qol.Az-ın Zaqatala klubunun rəsmi saytına istinadən məlumatına görə, bölgə təmsilçisi Elşən Məmmədov, Ramin Nəsibov və Ramil Ağayevlə yollarını ayırıb.
Buna qədər legionerlərin hamısı ilə vidalaşan Zaqatala təmsilçisi indi də yerli oyunçular arasında seçim etməyə başlayıb. Yeni mövsüm ərəfəsində gəncləşdirmə siyasəti aparan klub rəhbərliyi baş məşqçi Cokiça Haciyevskinin tövsiyəsi ilə yaşı ötmüş bu futbolçuların xidmətlərindən imtina edib və onlara azad agent statusu verilib.


Son xəbərlər