Fransa FİFA-nın sanksiyasına məruz qala bilər

XƏBƏR 1 İyul 2010 / 18:05 1770
-  A +

FİFA-nın rəsmi nümayəndəsi olan Nikolay Menjo cümə axşmı Fransa Futbol Federasiyasının fəaliyyətini araşdırmağı qərara alıb. Qol.Az-ın məlumatına görə, əgər FİFA bu federasiyanın fəaliyyətində hər hansı bir səhvə yol verildiyini aşkarlayarsa, o zaman Fransa millisi beynəlxalq turnirlərdən kənar qala bilər. Qeyd edək ki, milli komandanın CAR-da keçirilən mundialda uğursuz çıxış etməsindən sonra baş məşqçi Raymon Domenek Fransa parlamentində müzakirə obyektinə çevrilmişdi. Buna dərhal öz sərt reaksiyasını bildirən FİFA prezidenti Yozef Blatter “bu məsələ futbolla bağlı olduğu üçün bizim işimizdir” – deyə Fransa parlamentinə xəbərdarlıq edib.


Son xəbərlər