“Muğan” yeni mövsümün hazırlıqlarına sabahdan başlayır

“Muğan” yeni mövsümün hazırlıqlarına sabahdan başlayır
XƏBƏR 1 İyul 2010 / 17:46 1606
-  A +

Unibank Premyer Liqasında yaranmış fasilə dövründə evlərinə yollanmış “Muğan”ın baş məşqçisi Almir Hurtiç və legioner futbolçuları bu gün Azərbaycana dönəcəklər. Qol.Az-ın Salyan klubunun rəsmi saytına istinadən məlumatına görə, sabah axşam saatlarında komanda “Ədliyyə” stadionunda yay fasiləsi dönəmində ilk məşqinə çıxacaq.
İyul ayının ortalarına qədər məşqlərini ölkə daxilində davam etdirməyi planlaşdıran heyətin 10 günlük Türkiyə səfəri gözlənilir. Hazırlıqlar müddətində bir sıra yerli və əcnəbi futbolçular baxış üçün məşqlərdə iştirak edəcəklər. Komandada çıxış edən əksər futbolçularla müqaviləsini yeniləyən “Muğan” həmçinin hücum, müdafiə, qapıçı mövqelərində bir neçə yerli və legioner futbolçu ilə müqavilə imzalamağı planlaşdırır. Klubun mətbuat xidmətinin verdiyi məlumata görə, baş məşqçi Almir Hurtiç Türkiyə səfərinə qədər yeni mövsüm üçün nəzərdə tutduğu heyəti tam formalaşdırmağı düşünür.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq