“Xəzər Lənkəran”: 4-cü cəhddə ilkə imza atmaq ümidi ilə

“Xəzər Lənkəran”: 4-cü cəhddə ilkə imza atmaq ümidi ilə
XƏBƏR 1 İyul 2010 / 17:30 1893
-  A +

Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçilərimizdən “Xəzər Lənkəran” indiyədək qitə miqyaslı yarışlarda heç vaxt uğur qazana bilməyib. Qol.Az-ın məlumatına görə, Lənkəran klubu nəinki mərhələ keçə, heç rəqibləri üzərində qələbə də qazana bilməyən cənublular ilkə imza atmaq ümidi ilə yaşayır.
Qeyd edək ki, “Xəzər Lənkəran” avrokuboklarda keçirdiyi 6 oyundan yalnız 1-də heç-heçə edib, 5-də uduzub. Elə topların fərqi də rəqiblərimizin xeyrinədir – 5-14. Görək bu günkü Moldova “Olimpiya”sı ilə səfər qarşılaşmasında cənublular bu uğursuz seriyalara son qoymağı bacaracaqmı? Yeri gləmişkən, “Xəzər Lənkəran” indiyə qədər bir dəfə Moldova təmsilçisi ilə qarşılaşıb və uğursuzluğa düçar olub. 2005/06 mövsümündə UEFA kuboku adlandırılan turnirdə “Nistru”ya səfərdə 1:3 hesabıyla yenilən təmsilçimiz doğma meydanda da eyni aqibəti yaşamışdı – 1:2. Ağasəlim Mircavadovun komandasının avrokuboklardakı digər oyunları isə belə nəticələnib:

“Xəzər Lənkəran”ın avrokuboklardakı bütün oyunları

2005/06
UEFA kuboku, birinci təsnifat mərhələsi

“Nistru” (Moldova) - “Xəzər Lənkəran” – 3:1
Qol: Zaur Ramazanov

“Xəzər Lənkəran” – “Nistru” – 1:2
Qol: Samir Əliyev

2007/08
Çempionlar liqası, birinci təsnifat mərhələsi

“Xəzər Lənkəran” – “Dinamo” (Xorvatiya) – 1:1
Qol: Zaur Ramazanov

“Dinamo” – “Xəzər Lənkəran” – 1:1 (əlavə vaxtda – 3:1)
Qol: Junior Osvaldo

2008/09
UEFA kuboku, birinci təsnifat mərhələsi

“Xəzər Lənkəran” – “Lex” (Polşa) – 0:1
“Lex” – “Xəzər Lənkəran” – 4:1
Qol: Zaur Ramazanov


Son xəbərlər