Almaniya – Argentina matçı özbək hakimə tapşırıldı

Almaniya – Argentina matçı özbək hakimə tapşırıldı
XƏBƏR 1 İyul 2010 / 16:32 2031
-  A +

FİFA iki gün fasilədən sonra yenidən öz axarı ilə davam edəcək mundialın 1/4  final oyunları idarə edəcək hakimlərin siyahısını açıqlayıb. Qol.Az-ın məlumatına görə, iyulun 2-də baş tutacaq Hollandiya - Braziliya oyununu yaponiyalı referi Yuiçi Nişimura, Uruqvay - Qana oyununu isə potuqaliyalı hakim Oleqario Benkerensa idarə edəcək. İyulun 3-də keçiriləcək Almaniya - Argentina oyununun baş hakimi özbəkistanlı Ravşan İrmatov, Paraqvay - İspaniya oyununu Qvatemaladan olan Karlos Batres Qonzales idarə edəcək.


Son xəbərlər