Macarıdtanlı qadın hakim Katalin Kultsar adını futbol tarixinə yazdırıb. Qol.Az-ın məlumatına görə, sözügedən ədalət təmsilçisi final fiti səslənəndən sonra məğlub klubun üzvlərinə 5 qırmızı vərəqə göstərməsi ilə məşhurlaşıb. O, Macarıstanın üçüncü liqasındakı “Badacsonitomaj” və “Selyomyok” arasındakı qarşılaşmada əsəblərinə hakim ola bilməyib. Oyundan sonra 1:2 hesabı ilə məğlub olan “Selyomyok” klubunun məşqçi və futbolçuları hakimə etirazlarını bildiriblər. Xanım hakim narazılıq bildirən 3 futbolçu, baş məşqçi və onun köməkçisinə qırmızı vərəqə göstərib.