Portəgiz, seneqallı və nigeriyalı futbolçular “Olimpik-Şüvəlan”da

Portəgiz, seneqallı və nigeriyalı futbolçular “Olimpik-Şüvəlan”da
XƏBƏR 1 İyul 2010 / 15:18 1964
-  A +

Yeni mövsümə hazırlaşan "Olimpik-Şüvəlan" hazırlığın ikinci mərhələsinə start verib. Qol.Az-ın paytaxt klubunun rəsmi internet saytına istinadən məlumatına görə, bu gündən etibarən "Holiday İnn" otelində təlim-məşq toplanışına yığışan “təyyarəçilər” ayın 13-dək orda qalacaq. Bu toplanış müddətində məşqçilər korpusu futbolçuları 3 yoxlama oyununda sınaqdan keçirməyi planlaşdırır. Məhz bu görüşlərdə baxışa dəvət olunan futbolçular sınaqdan keçiriləcək və onlar haqda yekun qərar veriləcək. Yeri gəlmişkən, hazırda baxışda 5 əcnəbi oyunçu var. Bunlar Recine Diuf (Seneqal), Helder Montero (Nigeriya), Eugenio Valdamiro (Portuqaliya), Aleksandr Melaşenko (Ukrayna) və mərakeşli Zohair Benouahidir.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi