Robertas Poşkuş «İnter»də qalmasının səbəblərini açıqladı

Robertas Poşkuş «İnter»də qalmasının səbəblərini açıqladı
XƏBƏR 1 İyul 2010 / 14:19 1744
-  A +

Litva milli komandasının və "İnter"in hücumçusu Robertas Poşkuşun müsahibəsi

-Yenidən Bakıda qalmağa üstünlük versən də, söz gəzirdi ki, bir daha bura qayıtmayacaqsan...
- Bu söhbətləri mən də eşitmişəm. Bəziləri deyirdilər ki, Rusiya klubu ilə müqavilə imzalamışam. Bəziləri isə "İnter"in rəhbərliyi ilə razılığa gəlmədiyimi və müqaviləni uzatmaqdan imtina etdiyimi deyirdi. Lakin bu söhbətlərin heç biri həqiqəti əks etdirmir. Bir müddət öncə bəzi səbəblərə görə müqaviləni uzada bilmirdim. Məni bəzi klublar heyətinə dəvət edirdilər, lakin Azərbaycanda qalmağa üstünlük verdim.
- Niyə məhz Azərbaycanda qalmağa üstünlük verdin?
- Bu qərarı qəbul etməyimin bir çox səbəbləri var. İlk öncə risq edib başqa kluba və başqa çempionata keçmək istəmədim. Azərbaycanda bir mövsüm top qovmuşam və buranın çempionatına bələdəm. Mənim Azərbaycanda çoxlu sadiq dostlarım var və onlardan ayrılmaq istəmədim.
- Bəs yeni maliyyə şərtləri müqavilənin uzadılamsına təsiri olmadı?
- Xeyir, bunun heç bir təsiri olmadı. Bir daha deyirəm, bu komandaya öyrəşmişəm. "İnter"də olan gözəl mühit və sadiq dostlarımın olması bu qərarı qəbul etməyimdə böyük təsiri oldu.
- "İnter" iki həftədir ki, Bolqarıstanda təlim-məşq toplanışındadır və sən də komandanın heyətinə qoşulmaq üçün Bolqarıstana gedirsən. Bu qədər uzunmüddətli istirahətdən sonra formanı bərpa etmək çətin olmayacaq ki?
- Xeyr. Demək olar ki, əvvəlki formamdayam. Çempionat bitəndən sonra istirahət etməyə bir həftə vaxtım oldu. Sonra "Baltika Kuboku" turniri başladığı üçün Litva milli komandasına çağırıldım. Milli komandanın heyətində gündə iki dəfə məşq edirdim və turnirdə iki oyuna çıxdım. Əminəm ki, Çempionlar Liqasının oyunlarına qədər formamı tam bərpa edəcəyəm.
- Çempionlar Liqasında "İnter"in rəqibi Polşa çempionu "Lex"dir. Bu komanda ilə oyunlarda komandanın şanslarını necə dəyərləndirirsən?
- Polşa çempionatı ilə tanışam və bilirəm ki, bu ölkədə çempion olmaq çox çətin məsələdir. "Lex" çox güclü komandadır. Püşkatmada bizə daha münasib rəqib düşə bilərdi. Amma nə etmək olar, meydana çıxıb sona qədər mübarizə aparacayıq. "Lex"lə oyunda şansları 50/50 dəyərləndirərdim. Amma bu oyunlara ciddi hazırlaşıb rəqibimizi məğlub edə bilərik.

Mənbə: interfan.az

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi