“Xəzər Lənkəran” ilk oyundan qolsuz heç-heçəylə ayrıldı

“Xəzər Lənkəran” ilk oyundan qolsuz heç-heçəylə ayrıldı
ÖLKƏ FUTBOLU 1 İyul 2010 / 22:50 5056
-  A +

Avropa Liqasında ölkəmizi təmsil edən “Qarabağ”la yanaşı “Xəzər Lənkəran” da mübarizəyə məhz bu gün qoşulur. Birinci təsnifat mərhələsinin ilk oyununu səfərdə keçirəcək “Xəzər Lənkəran”ın rəqibi Moldovanın "Olimpiya" klubudur. Moldovanın paytaxtı Kişinyovun "Zimbru" stadionunda keçiriləcək "Olimpiya" - "Xəzər Lənkəran" oyununun başlama saatı Bakı vaxtı ilə 21:00-dır.

Avropa Liqası
Birinci təsnifat mərhələsi (ilk oyun)

21:00. "Olimpiya" (Moldova) - "XƏZƏR LƏNKƏRAN" (AZƏRBAYCAN) - 0:0


Hakimlər: VADİM DİREKTORENKO, Harald Qudermanis, Yenis Pukiyen, Andris Treymanis (hamısı Latviya)
Kişinyov. "Zimbru" stadionu.

OLİMPİYA: 12. Sergey Paşenko, 2. Cud Oqada, 5. Nikola Orlovski (k), 9. Georgi Ovsyannikov, 13. Jan Robens Jerom, 14. Andrey Tkaçuk, 15. Aleksandr Keltuyale, 18. Eduard Valuta, 20. Yevgeni Xorolski, 21. İbrahim Kamara, 30. Culius Adamarola.

XƏZƏR LƏNKƏRAN: 25. Kamran Ağayev (k), 3. Elvin Begiri, 4. Elnur Allahverdiyev, 12. Allan Lalin, 14. Rahid Əmirquliyev, 15. Emeka Opara, 18. Alim Qurbanov, 21. Radomir Todorov, 22. Davit İmedaşvili, 30. Mario Souza, 72. Devran Ayhan.

Oyun başladı

Qarşılaşmaya meydan saibləri hücumlarla başlayıb.

"Xəzər Lənkəran" oyunda tarazlıq yaratmağa nail olub

“Olimpiya”nın hücumları nəticə vermir. Cənub təmsilçisinin müdafiəsi rəqibin təhlükəli vəziyyət yaratmasının qarşısını almaqla, təhlükəli əks-hücumlar təşkil etməyə çalışırlar.

Meydan sahiblərinin növbəti hücumu fayda vermir. Ovsyannikovun zərbəsi qapıdan xeyli aralı keçir.


28. Hesabı açmaq üçün yaxşı fürsət yaranmışdı. Ancaq Lalin başla dəqiq oynaya bilmədi.

34. Oyunda ilk sarı vərəqəni “Xəzər Lənkəran”ın yeni transferi Davit İmedaşvili rəqibi kobudluqla dayandırdığına görə alır.


35. Təxminən 35 metrdən Aleksandr Keltuyalenin cərimə zərbəsindən birbaşa qapıya zərbəsini Kamran çətinlik çəkmədən tutur.

42. “Xəzər-Lənkəran”ın bəxti gətirdi. Ovsyannikov 100 faizlik qol şansını qaşırır. O, 2-3 metrdən qapıya dəqiq zərbə vura bilmədi.

Birinci hissə başa çatdı

İkinci hissə başladı

Tərəflərin çoxsaylı cəhdlərinə baxmayaraq, qapılar qarşısında real qol fürsətləri yaranmır

58. Moldovalılar cərimə meydançası önündə Lalinə qarşı kobud oynayır. Souzanın cərimə zərbəsini müdafiəçilər qapı xəttindən çıxarır.

60. Lənkəranlılar künc cərbəsi yerinə yetirir. Kabralın cərimə meydançasına ötürdüyü topu qapıçı Oprananın başla zərbə vurmasının qarşısını alır.

63. Meydan sahibləri “Xəzər Lənkəran”ın heyətində ilk oyununu keçirən Elnur Allahverdiyevə qarşı kobud oynayırlar.Alimin yerinə yetridiyi cərimə zərbəsinin qarşısını moldovalılar alır.

68. Oparanın cərimə meydançası daxilindən başla zərbəsini qapıçı tutur.

İkinci hissədə komandamız daha fəal olsa da, bunu hesabda əks etdirə bilmir

84. Oyunun sonu olduğundan sürəti artır. Komandalar qarşılıqlı hücumlar təşkil edirlər.

86. Zaur Ramazanov meydana çıxır. O, Alim Qurbanovu əvəzləyir.

90. Lalini Xaqani Məmmədov əvəzləyir

Matç başa çatdı

Daha çox


Son xəbərlər