“Liverpul”un yeni baş məşqçisi Roy Hocson oldu

“Liverpul”un yeni baş məşqçisi Roy Hocson oldu
XƏBƏR 1 İyul 2010 / 12:17 1825
-  A +

“Liverpul”un yeni baş məşqçisinin adı məlum olub. Qol.Az-ın məlumatına görə, “qırmızılar” 62 yaşlı mütəxəssis Roy Hocsonla anlaşıb. İngilis çalışdırıcı ötən mövsüm “Fulhem”in başında olub və komandasını Avroliqanın finalına qədər gətirib. Hocson ötən il İngiltərədə ilin ən yaxşı məşqçisi elan edilib. Onunla “Liverpul” arasında iki illik müqavilə imzalanıb. Bu müddət ərzində baş məşqçi təxminən 7 milyon avro qazanacaq. Əlavə edək ki, Hocson bu postda Rafael Benitesi əvəzləyib. İspan mütəxəssis bir ay əvvəl Milan “İnter”inin başına keçib.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"