ŞOK: Ölkə prezidenti millinin çıxışına 2 illik qadağa qoydu

XƏBƏR 1 İyul 2010 / 12:14 1996
-  A +

Nigeriya prezidenti ölkəsinin yığmasının beynəlxalq arenalardakı çıxışına iki il müddətində qadağa qoyub. Qol.Az-ın məlumatına görə, buna sözügedən kollektivin dünya çempionatındakı zəif çıxışı səbəb olub. Təmsilçilərinin uğursuz çıxışını qəbul edə bilməyən ölkə başçısı Qudlak Conatan cəza kimi orijinal bir yol seçib: yığma komanda qarşıdakı iki ildə beynəlxalq arenalarda keçirilən oyunlara buraxılmamalıdır. Verilən məlumata görə, prezidentin mətbuat xidməti bu qadağanı Futbol Federasiyasının düzgün siyasət aparmaması və bu sahədə rüşvətxorluqla əlaqələndirib. Xatırladaq ki, B qrupunda mübarizə aparan nigeriyalılar Cənubi Koreya ilə heç-heçə edib, Argentina və Yunanıstana məğlub olaraq, cəmi 1 xal toplamaqla, qrup sonuncusu oldular.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi