Çempionlar Liqası nəhayət ki, start götürdü

Çempionlar Liqası nəhayət ki, start götürdü
XƏBƏR 1 İyul 2010 / 12:04 1939
-  A +

Uğursuz startla yadda qalan Çempionlar Liqasının 2010/11 mövsümünun ilk oyunu nəhayət ki, baş tutub. Qol.Az-ın məlumatına görə, Avropanın ən nüfuzlu klub turniri, birinci təsnifat mərhələsinin srağagün keçirilməli olan 1 qarşılaşması ilə start götürməli idi. Lakin Andorra “Santa-Koloma”sı ilə Malta “Birkirkara”sı arasındakı görüş baş tutmamışdı. Buna isə Andorra de la Vella şəhərindəki stadionun ot örtüyünün yararsız vəziyyətə düşməsi səbəb olmuşdu. Nəticədə həmin oyun qeyri-müəyyən vaxtadək təxirə salınmışdı. Dünən San-Marino “Tre Fiori”si ilə Çernoqoriya “Rudar”ının dueli baş tutub. Avropada yeni futbol mövsümünün startını verilən görüşdə qonaqlar 3:0 hesabıyla qalib gəlməklə, demək olar ki, növbəti mərhələyə vəsiqənin taleyinə aydınlıq gətiriblər.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı