Vaqif Cavadov “Tvente”də növbəti qolunu vurdu

Vaqif Cavadov “Tvente”də növbəti qolunu vurdu
ÖLKƏ FUTBOLU 1 İyul 2010 / 11:50 2801
-  A +

Yığmamızın üzvü Vaqif Cavadovun çıxış etdiyi Hollndiya “Tvente”si növbəti yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, növbəti mövsümün hazırlıqlarını davam etdirən son Hollandiya çempionu təmsil etiyi Enshede şəhərinin digər klubu “SC Enshede” ilə sınaq matçında qüvvəsini sınayıb. Həmyerlimizin komandası bu dəfəki oyundan da qələbəylə ayrılıb. Derbi “Tvente”nin 5:1 hesablı inamlı qələbəsi ilə başa çatıb. Lakin baş məşqçi Mişel Pryudom bu dəfə Vaqifi start heyətində meydana buraxmayıb. 21 yaşlı hücumçumuz yalnız 59-cu dəqiqə Reymerinkin əvəzinə meydana daxil olub. Ancaq sonradan oyuna qoşulmasına baxmayaraq, Cavadov “Tvente”nin əsas heyətində növbəti qolunu vurmağa imkan tapıb. Millimizin hücumçusu görüşün 85-ci dəqiqəsində matçda son nöqtəni qoyan qola imza atıb. Bu, artıq Vaqifin son iki yoxlama oyununda 3-cü qolu olub. Xatırladaq ki, o, bundan öncə keçirilən “Hengelo” ilə sınaq matçında da (17:0) iki qol vurmağa imkan tapmışıd.

Daha çox


Son xəbərlər