Bu gün klublarımızın Avropa səyahəti start götürür

Bu gün klublarımızın Avropa səyahəti start götürür
XƏBƏR 1 İyul 2010 / 11:26 1807
-  A +

Bu gün Azərbaycan klubların üçün avrokubokların yeni mövsümünə start verilmiş olacaq. Qol.Az-ın məlumatına görə, 1994-cü ildən çıxış etməyə başladığımız qitə miqyaslı yarışlarda təmsilçilərimiz növbəti mübarizəyə qoşulurlar. Klublarımızın avrokuboklardakı 15-ci mövsümünü isə Unibank Premyer Liqasının son mövsümündə müvafiq olaraq 3 və 4-cü yerləri tutan komandalar – “Qarabağ”la “Xəzər Lənkəran” açıq elan edəcək.
Avropa Liqasının birinci təsnifat mərhələsindən mübarizəyə başlayan Ağdam və Lənkəran klublarının hər ikisi mübarizəyə eyni vaxtda – Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Sadəcə fərq ondadı ki, Qurban Qurbanovun çalışdırdığı “Qarabağ” Makedoniya “Metallurq”unu Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Ağasəlim Mircavadovun rəhbərlik etdiyi Lənkəran təmsilçisi isə səfərdə - Moldovada “Olimpiya”nın qonağı olacaq. Baxmayaraq ki, əslində, iyulun 21-də İsveçrədə atılan püşkə əsasən bütün klublarımız ilk oyunlarını evdə keçirməli idi. Lakin sonradan məlum oldu ki, Moldovanın Avroliqa təmsilçilərinin beynəlxalq standartlara cavab verən stadionu olmadığından, onlar hamısı rəqibləri eyni arenada – Kişinyovdakı “Zimbru” stadionunda qəbul edəcək. Belədə təbii ki, UEFA “Xəzər Lənkəran”la “Olimpiya”nın ilk görüşünün yerini dəyişdirməyi qərara aldı. Hansı ki, eyni problemlərlə son illərə qədər bizdə də rast gəlmək mümkün idi.


Son xəbərlər