Şamil Cəfərov: “Təcrübəli futbolçular ümidləri doğrultmadı”

XƏBƏR 22 Yanvar 2009 / 21:33 2832
-  A +

Premyer Liqanın ikinci dövrəsinə hazırlaşan MOİK gənclərə üstünlük verib. Təcrübəli futbolçularla yollarını ayıran ordu klubu onların əvəzinə, əsgərliyə gələn yeni futbolçuları çağırıb. Komandanın rəis müavini polkovnik-leytenant Şamil Cəfərov Qol.Az saytına açıqlamasında MOİK-də çıxış etmiş təcrübəli futbolçular haqda maraqlı fikirlər söyləyib: “Komandamızda olan təcrübəli futbolçular ümidləri doğrultmadılar. Buna görə onlarla yollarımızı ayırdıq. Əvəzində gənclərə üstünlük vermək qərarına gəldik. İnanırıq ki, komandamız 2 ildən sonra Premyer Liqanın liderlərindən olacaq”. 


Son xəbərlər