"Bütün şanslarımızı itirdik" - Samir Abasov

"Bütün şanslarımızı itirdik" - Samir Abasov
ÖLKƏ FUTBOLU 19 Aprel 2019 / 20:08 3737
-  A +

"Məncə, bugünkü oyun bütün suallara aydınlıq gətirdi. Çempionatda medalçı yerlərdən birini tutmağa bütün şanslarımızı itirdik. Şansımız yalnız kuboka qalıb. Ona görə əsas futbolçularımıza istirahət vermişdik. Ancaq bu, o demək deyil ki, bura Qəbələyə uduzmağa gəlmişdik. Az oynayanlara baxmaq, siqnalı almaq istəyirdik və bu, yetərincə oldu".

Qol.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 25-ci turunda "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, hələ kubokda şanslarını qoruduqlarını bildirib: Kimlərlə hara gedəcəyik, kimlərlə yollarımızı ayıracağıq, bu haqda bizə məlumat verdilər. Hələ kubok şansımızı qoruyuruq. "Sumqayıt"la çətin oyunlarımız var. Rəqibimiz 1 gün əvvəl oynadı. Üstəlik, biz səfərdə çıxış etdik, hələ yol gedəcəyik".

Daha çox


Son xəbərlər