"Oyunumuzu faciə hesab edə bilərəm" - Joze Alesio

"Oyunumuzu faciə hesab edə bilərəm" -  Joze Alesio
XƏBƏR 17 Aprel 2019 / 09:45 2362
-  A +

“Birinci hissədə çox pis oynadıq. Hətta oyunumuzu faciə də hesab edə bilərəm. Futzalçılarda istək var idi, ancaq oyuna konsantrasiya ola bilmirdik".

Qol.az xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Serbiya ilə keçirilən yoldaşlıq oyunundan sonra AFFA-nın saytına açıqlamasında deyib.

Braziliyalı mütəxəssis 5:7 hesabı ilə məğlubiyyəti şərh edərkən rəqibini güclü olduğunu vurğulayıb. O, ümumilikdə toplanışdan razı qaldığını əlavə edib:

"İntizamsızlıq, çoxlu səhvlərə yol verməyimiz rəqibin ardıcıl qollar vurmasına şərait yaratdı. Fasilədə uşaqlardan sakitləşməyi, tapşırıqları yerinə yetirməyi tələb etdim. Nəticədə ikinci hissədə tam fərqli oynadıq. Qapıçını meydan oyunçusu ilə əvəzlədik. Bu taktika üzərində demək olar, hər məşqdə işləyirik. Serbiya yığması da çox istəkli idi. Xüsusilə birinci oyundakı məğlubiyyətdən sonra bu dəfə qarşılaşmaya 200 faiz köklənmişdilər. Azarkeşlərini sevindirmək istəyirdilər. Rəqibimiz kifayət qədər güclü, intizama riayət edən, fiziki, taktiki-texniki cəhətdən seçilən, əla kollektivə malik komandadır. 
Ümumi götürdükdə 10 günlük toplanışdan və oyunlar keçirməyimizdən razı qaldım. Ancaq bununla kifayətlənmək olmaz. Bizi oktyabrda rəsmi görüşlər gözləyir. Ona qədər bir neçə toplanış təşkil etməli, yoldaşlıq oyunları keçirməliyik”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı