Zidan 8 futbolçunu göndərir - Siyahı

Zidan 8 futbolçunu göndərir - Siyahı
DÜNYA FUTBOLU 17 Aprel 2019 / 00:24 9420
-  A +

Zinəddin Zidanın növbəti mövsüm “Real”da görmək istəmədiyi futbolçular müəyyənləşib.

Qol.az-ın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis rəhbərliyə təqdim etdiyi siyahıda 8 futbolçunun xidmətində maraqlı olmadığını bildirib. Bunlar Qaret Beyl, Dani Sebalyos, Markos Lorente, Mariano Dias, Marselo, Toni Kroos, İsko və Braim Diasdır.

46 yaşlı çalışdırıcının planlarına daxil olmayan futbolçulardan yalnız sonuncunun icarəyə veriləcəyi gözlənilir.

Son xəbərlər