Arzuman Çexiyada növbəti oyuna çıxdı

Arzuman Çexiyada növbəti oyuna çıxdı
XƏBƏR 16 Aprel 2019 / 16:57 2127
-  A +

21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Arzuman Rizvanov Çexiyanın "Bohemians" klubunun U-21 komandasında növbəti oyuna çıxıb.

Qol.az-ın məlumatına görə, o, Gənclər Liqasının final mərhələsinin 3-cü turunda "Slovaçko"nun ikinci komandasına 3:2 hesabı ilə qalib gəldikləri matçda start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.

"Bohemians" hazırda 6 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.


Qeyd edək ki, A.Rizvanov fevralda  Çexiyanın yüksək liqasında mübarizə aparan "Bohemians"lə bu ilin sonuna kimi müqavilə imzalayıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı