Dembeleni Neymardan daha yaxşı hesab edir

Dembeleni Neymardan daha yaxşı hesab edir
DÜNYA FUTBOLU 16 Aprel 2019 / 15:43 2718
-  A +

“Barselona”nın prezidenti Josep Mariya Bortemeu  komandanın futbolçusu Usman Dembele ilə PSJ-nin hücumçusu Neymarı müqayisə edib.

Qol.az-ın məlumatına görə, İspaniyanın "TVE" telekanalına danışan klub rəsmisi Dembelenin komandanın sabiq üzvü Neymardan daha yüksək səviyyədə olduğunu deyib “Daha əvvəl də Neymarın transferindən qazandığımız pulun Dembele və Koutinyoya xərclədiyimizi bildirmişdim. Dembele hazırda Neymardan daha üst səviyyədə olan oyunçudur”.

Qeyd edək ki, Neymar 2017-ci ildə Kataloniya klubundan PSJ-yə 222 milyon avroya transfer olunub.


Son xəbərlər