"Yuventus" "Ayaks"dan qorxmur

"Yuventus" "Ayaks"dan qorxmur
DÜNYA FUTBOLU 16 Aprel 2019 / 13:52 2301
-  A +

"Yuventus" Çempionlar Liqasının kubokunu udmaq arzusu ilə alışıb yanır. Son illər biz bir neçə dəfə kuboku qazanmağa yaxınlaşmışıq. Bu mövsüm isə istəyimizə nail olmaq istəyirik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Yuventus"un futbolçusu Əmrə Can Çempionlar Liqasının 1/4 finalında "Ayaks"la cavab matçı öncəsi deyib.

"Bizi ağır matç gözləyir. Rəqibə hörmət edirik, amma onlardan qorxmuruq. "Atletiko"ya qarşı oynadığımız əhval-ruhiyyədə olacağıq. Qollar vurmaq və qalib gəlmək istəyirik. Bilirik ki, komandamız bacarıqlıdır" - deyə o bildirib.

Zədəsini yeni sağaldan Ə.Can özünü yaxşı hiss etdiyini vurğulayıb: "Zədədən sonra bərpa olmuşam. "Ayaks"la görüşə hazıram".

25 yaşlı yarımmüdafiəçi komandanın baş məşqçisi Massimiliano Alleqri haqda da danışıb: "Alleqri möhtəşəm məşqçidir. O, burada çox uğur qazanıb. Baş məşqçi üçün hər matç önəmlidir. O, ən müxtəlif nüanslara son dərəcə diqqətli yanaşır. Bu da Alleqrini dünya səviyyəli məşqçi edir".

Qeyd edək ki, "Yuventus" - "Ayaks" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.


Son xəbərlər