AFFA Klublar Komitəsinin bugünkü iclasında ilk olaraq, 2019-2020 mövsümündə Azərbaycan Premyer Liqasında gənc futbolçular üçün limit məsələsi müzakirə edilib.
Bu barədə komitə sədri Riad Rəfiyev toplantıdan sonra keçirdiyi brifinqdə deyib. O bildirib ki, müzakirələrə Peşəkar Futbol Liqası rəsmiləri və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Milan Obradoviç də qatılıb. İclasda həm klublar, həm də Obradoviçin fikirləri dinlənilib. Serbiyalı mütəxəssis 1998-1999 təvəllüdlü iki futbolçunun start heyətdə yer almasını təklif edib. Klublar isə buna fərqli yanaşıblar. Yəni, bununla razılaşanlar da, razılaşmayanlar da olub.
Rəfiyev gündəlikdəki daha bir məsələnin oyunların vaxtı ilə əlaqədar olduğunu diqqətə çatdırıb: "Artıq havalar istiləşməyə doğru gedir. Aprelin 13-də "Zirə" - "Sumqayıt" matçı saat 16:00-da başladı. Azərbaycan Kubokunda bu iki komanda arasındakı ilk yarımfinal görüşü isə saat 16:30-da start götürəcək. Fikrimizcə, artıq oyunların saatlarını dəyişsək və bir qədər gec saatlara təyin etsək, daha yaxşı olar".
Komitə sədri Azərbaycan Kubokunun final matçının süni işıqlandırma sistemi olmayan stadionda təşkilindən narahatlıqlarını da ifadə ediblər: "Əslində finalın regionda keçirilməsi gözəl fikirdir. Biz də bu ideyanı dəstəkləyirik. Sadəcə, bəzi nüanslar var ki, onunla əlaqədar müzakirə aparılır. Məsələn, Azərbaycan Kubokunun finalının Naxçıvanda keçiriləcəyi deyilir. Amma oradakı stadionda süni işıqlandırma yoxdur. May ayının 19-da havalar isti olacaq. Bununla əlaqədar hansı tədbirlər görüləcək? Belə şeylər müzakirə olundu. Növbəti iclas mayın 14-nə təyin olunub. Ümidvarıq ki, hansısa dəyişiklik olsa, o vaxtadək bizə Peşəkar Futbol Liqasından xəbər gələcək".
Komitə sədri toplantıda İntizam Kodeksindəki bəzi bəndlərə yenidən baxılmasının təklif olunduğunu da diqqətə çatdırıb: "Klubların fikrincə, həmin bəndlərə baxılsa, daha yaxşı olar".
Nəhayət, UEFA-nın uşaq futbolu üçün klublara ayırdığı vəsaitin hara xərclənməsi də müzakirə olunub. Rəfiyevin sözlərinə görə, klublar gələn ay AFFA-ya bununla bağlı hesabatlarını təqdim etməlidirlər.
“Qəbələ”nin futbolçusu Stiven Monrozun Azərbaycan Premyer Liqasının 24-cü turunun "Keşlə" ilə səfər oyunundakı (2:1) hərəkətinə də münasibət bildirən Rəfiyev bu məsələnin Klublar Komitəsinin iclasında müzakirə olunmadığını deyib: "Onun məsələsinə İntizam Komitəsi baxaraq müvafiq qərar verəcək. Toplantıda tərbiyə işləri barədə danışdıq. Əlbəttə, Monrozun davranışı yaxşı hal deyil. Heç kim istəməz ki, belə alınsın. Biz və başqa klublar da müzakirələr aparırıq. Futbolçulara təkcə əsas komanda ilə deyil, akademiyada da özlərini necə aparmaları və media ilə necə münasibət qurmalı olduqları kimi məsələləri çatdırırıq".
KK-nın növbəti iclas isə mayın 14-nə təyin olunub. (Report)
Bundesliqanın ən yaşlı futbolçusu karyerasını başa vurur
"Roma"nın müdafiəçisi "Milan"a qarşı oynamayacaq
Kvaratsxeliya "Napoli"nin məşqini buraxdı
MOİK-ə 3 xal qazandıran qollar - Video
"Barselona"nın futbolçusu: "Çox peşmanam"
"Şamaxı"nın 6 qolu - Video
"Şamaxı" və MOİK-dən qələbə
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
ÇL-in oyunlarını göstərəcək kanallar
"İmişli"nin şikayəti qismən təmin olundu
"Real"dan zəng gələndə iki dəfə düşünmədim"
1-ci liqanın mərkəzi oyunu FİFA referisinə tapşırıldı
Gündoğan: "Hakim penalti verməli idi"
Romario karyerasını bərpa etdi
Futbolçu oyun zamanı infarkt keçirdi, dünyasını dəyişdi
Azərbaycan millisinin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək
Mbappe İbrahimoviç və Şevçenkoya çatdı
Luis Enrike: "Mbappe əvvəldən sona qədər əsl lider idi"
"Azərbaycanda rəqibləri topu "Qarabağ"dan ala bilmirlər"
"Daha deyəcək bir şey yoxdur" - Simeone
"Hakim hər şeyi məhv etdi" - Xavi
“Borussiya”dan möhtəşəm geridönüş, Simeone çökdü - Video
PSJ “Barselona”nı nokauta saldı - Video
ÇL-də ilk yarımfinalçılar müəyyənləşdi
"Milan" onunla müqaviləni uzatdı
Asiya Çempionlar Liqasının oyunu təxirə salındı
"Cəbrayıl" 3 qolla qalib gəldi - Video
"Millidə görüləsi işlər çoxdur" - Vitali Borisov
Azərbaycan futzal millisi Gürcüstana yenə uduzdu
Cavid İmamverdiyev poker etdi - Video
"Cəbrayıl" və "Kür-Araz"dan səfər qələbəsi
"Real"a çox hörmət edirik, amma qorxmuruq" - Qvardiola
Nabi Keyta əsas komandadan uzaqlaşdırıldı
"Şəki Siti" "Göygöl"ə qalib gəldi - Video
"Yuventus" Türkiyə millisinin üzvü ilə müqaviləni uzadır
Rüfət Dadaşov üçün mövsüm başa çatdı
Məhkəmə "Barselona"ya qadağa qoydu
ÇL-də sabahkı oyunlara hakim təyinatları
Misli Premyer Liqasında 2 turun oyunlarının vaxtı bilindi
Laporta azarkeşlərə müraciət etdi
"Zirə" sabiq futbolçusunun vəfatı ilə bağlı başsağlığı verib
Avro-2024-ü buraxacaq
Dünya çempionu vəfat etdi
Azərbaycanın minifutbol millisinin heyəti açıqlandı