"Bavariya"nın Mbappeyə verəcək 300 milyonu yoxdur

"Bavariya"nın Mbappeyə verəcək 300 milyonu yoxdur
DÜNYA FUTBOLU 16 Aprel 2019 / 12:39 2414
-  A +

"Bavariya"nın prezidenti Uli Hoeness PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək istədikləri bağlı yayılan iddialara münasibət bildirib.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, fransalı oyunçunu almaq üçün kifayət qədər pullarının olmadıqlarını deyib: "İmkanım olsa, Mbappeni o dəqiqə alaram. O, möhtəşəm futbolçudur. Ancaq Mbappeni birdəfəlik ala biləcək  qədər pulumuz yoxdur".

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Onun təzminat qiymətinin 300 milyon avro olduğu iddia olunur.


Son xəbərlər