"Ayaks"a şok azarkeş qadağası - "Yuventus"la oyundan əvvəl

"Ayaks"a şok azarkeş qadağası - "Yuventus"la oyundan əvvəl
DÜNYA FUTBOLU 16 Aprel 2019 / 11:59 2994
-  A +

Çempionlar Liqasının 1/4 finalında bu gün keçiriləcək "Yuventus" - "Ayaks" cavab matçı üçün İtaliyaya gedən Hollandiya klubunun 54 azarkeşi ölkədən deportasiya ediləcək.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb onların üzərlərindən fişəng, silah, bıçaq və digər qadağan edilmiş yad cisimlərin çıxmasıdır. İki avtobusla Turinə yollanan bu azarkeşlərin "Yuventus"lu fanatlarla küçədə dava etməyi planlaşdırdıqları bildirilib.

Polis bölməsinə aparılan sözügedən şəxslərin kimlikləri müəyyənləşdikdən sonra ölkələrinə geri qaytarılacaq.

Qeyd edək ki, bu komandalar arasında Hollandiyada keçirilən görüşdən əvvəl hər iki komandanın azarkeşləri dava etmiş və polis 120 "Yuventus" azarkeşinin stadionuna girişinə qadağa qoymuşdu.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın