Rüfət futbolçunun burnunu qırdı

Rüfət futbolçunun burnunu qırdı
XƏBƏR 16 Aprel 2019 / 10:13 1342
-  A +

Almaniya üçüncü bundesliqası təmsilçisi "Proyssen"də çıxış edən millimizin üzvü Rüfət Dadaşovun 32-ci turda "Münhen 1860"la matçda rəqib komandanın futbolçusu Simon Lorentsin burnunu qırıb.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, 76-cı dəqiqədə top uğrunda mübarizə zamanı dirsəyi ilə S.Lorentsi vurduğu üçün sarı vərəqə ilə cəzalandırılıb. Tibbi müayinədən keçən futbolçunun burun sümüyündə qırıq aşkarlanıb. Bundan başqa, onun gözünün altı əzilib. S.Lorentsin növbəti matça xüsusi maska ilə çıxa biləcəyini vurğulanıb.

Qeyd edək ki, Dadaşov sözügedən qarşılaşmanın 30-cu dəqiqəsində komandasının yeganə qolunun müəllifi olub.


 

Daha çox


Son xəbərlər
19.07.19  11:50

"Roma"dan yeni transfer

19.07.19  10:30

UEFA-nın yeni reytinqi