"PSJ ilə görüşü yada salmaq bizə kömək edəcək" - Sulşer

"PSJ ilə görüşü yada salmaq bizə kömək edəcək" - Sulşer
DÜNYA FUTBOLU 15 Aprel 2019 / 20:59 2373
-  A +

"Daha yaxşı oynamalı olduğumuzu bilirik. Messi və Suaresi zərərsizləşdirməsək, bizə çətin olacaq. Səfər matçında 0:1 hesabı ilə uduzmuşuq. Daha çox qol vursaq, şansımız artacaq. Futbolda hər şey ola bilər. Standart vəziyyətlərdən qol vura bilərik. Çünki oyunçularımız rəqibin futbolçuları ilə müqayisədə daha uzundurlar. Amma yaxşı müdafiə olunmalıyıq. 90 dəqiqə ərzində istədiyimiz nəticəni əldə etsək, əla olar. Daha aqressiv oynamalı və öz oyunumuzu göstərməliyik. PSJ ilə görüşü yada salmaq bizə kömək edəcək".

Qol.az-ın məlumatına görə, bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə cavab oyunu öncəsi deyib.

O, özünəinamın çox önəmli olduğunu vurğulayıb: "Futbolçularımın hər biri bacarıqlıdır. PSJ ilə görüşdə göstərdik ki, belə güclü komandalar qarşı oynaya bilərik. Tarix "Barselona"nın daha yaxşı olduğunu deyir. Amma biz bütün diqqətimizi oyuna yönəltməliyik. İlk matçda bir anlıq oyuna nəzarəti itirdik. Konsentrasiya — bu əsas amildir".

Qeyd edək ki, "Barselona" - "Mançester Yunayted" görüşü sabah keçiriləcək. Bu komandalar arasında ilk oyunda Kataloniya klubu 1:0 hesabı ilə qalib gəlib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın